• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ və Fransa İrəvanı nəyə təhrik edir? - AÇIQLAMA

SİYASƏT

17 Noyabr 2023 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ və Fransa İrəvanı nəyə təhrik edir? - AÇIQLAMA

ABŞ Konqresi ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı “dinləmələr” keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında ittihamlar səsləndirib. Obrayn deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyatlarlardan sonra, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyib.

Xatırladaq ki, bundan öncə də Senatın Xarici Əlaqələr Komitəsi “dinləmələr” keçirmişdi və o zaman senator Pat Riketts Ermənistanı dəstəkləməyin səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Bununla yanaşı, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur.

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a deyib ki, Ermənistanın Azərbaycana qarşı silahlandırılması və dəstəklənməsi xətti öncə Fransa, ardınca ABŞ tərəfindən həyata keçirilməkdədir.

Onun sözlərinə görə, hər iki Qərb dövləti razılaşdırılmış şəkildə Cənubi Qafqazda öz məqsədlərini reallaşdırmağa çalışırlar: "Vaşinqton və Parisin məqsədi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və regionda öz siyasi-hərbi mövqelərini bərqərar etməkdir. Ona görə də Cənubi Qafqaza yerləşmək üçün dəridən-qabıqdan çıxırlar. Ermənistan isə alət kimi istifadə edirlər”.

A.Nağı hesab edir ki, İrəvan hökumətinin Kremllə qarşıdurma vəziyyətinə gəlməsinin səbəbi də bununla bağlıdır. ABŞ və Fransa İrəvanı təhrik edərək, Rusiyaya qarşı öz planlarını icra edirlər.

Akif Nağı: Hər iki dövlət razılaşdırılmış şəkildə Cənubi Qafqazda öz məqsədlərini reallaşdırmağa çalışır

Müsahibimizə görə, Vaşinqton və Parisin istəklərindən biri də odur ki, Azərbaycan da Rusiyaya qarşı mövqe sərgiləsin: “Amma Azərbaycanın öz siyasəti, müstəqil xətti var. Rəsmi Bakı öz maraqlarına uyğun hərəkət edir. Rusiya və Qərb də Azərbaycanla hesablaşmağa məcbur qalır. Aydın görünür ki, Qərb Azərbaycanın tutduğu mövqedən narazıdır. Bizə hücumların, təzyiqlərin səbəbi də budur”.

“O səbəbdən ABŞ Konqresində Azərbaycan əleyhinə "Qarabağla bağlı" dinləmələr keçirir, bəyanatlar verirlər. Əlbəttə, bir ölkənin digər dövlətin daxili işlərinə qarışması yolverilməzdir. Bu, beynəlxalq hüquq normalarının kobud formada tapdanması deməkdir. Azərbaycanın mövqeyi qətidir", - deyə Akif Nağı əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026