• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Açıq havada maska taxmamaqla bağlı çağırışa REAKSİYA

GÜNDƏM

10 Aprel 2021 | 13:05

Açıq havada maska taxmamaqla bağlı çağırışa REAKSİYA

Son günlər sosial şəbəkələrdə açıq havada maska tələbinə qarşı aksiyaya başlanılıb.  Bu aksiyaya dəstək verən həkimlər də var.

Bakivaxti.az xəbər verir ki, #nəfəsalaq həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar parklarda, küçələrdə, yürüşlərdə tibbi maskadan istifadənin məcburi olması haqda qadağanın ləğv edilməsini istəyirlər.

Sosial şəbəkədə başladılan aksiyanın genişmiqyaslı olmasını nəzərə alaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəriİbrahim Məmmədovla əlaqə saxladıq.

“Açıq havada maska taxmamaqla bağlı məsələnin gündəmdə olmasından xəbərsizəm. Əgər karantin rejimində yumşalma olacaqsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə İ.Məmmədov Bakivaxti.az-a bildirib.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, anestezioloq və reanimatoloq Emil QasımovBakivaxti.az-a açıqlamasında vətəndaşların tibbi maskadan istifadə etməsinin tərəfdarı olduğunu bildirib.

“Açıq havada tibbi maskadan istifadə etməyin ağciyərlərdə ciddi xəstəliklər yaratmağı barədə elmi isbatı olan informasiya qarşıma çıxmayıb.  Əlbəttə, kim istəyər ki maska taxsın. Açıq havada maska taxılması barədə düşüncələrimi bilmək isteyirsinizsə, mən tərəfdarı deyiləm. Qapalı ortamlarda və açıq havada izdihamlı yer olarsa, tibbi maskadan istifadə olunması məsləhətdir”,-deyə Emil Qasımov qeyd edib.

Həkim bildirib ki, Azərbaycanda həqiqi elmi mühit, tibbi ixtisasların cəmiyyətləri olmadığı üçün xaotik olaraq hər kəs öz düşüncəsin deyir: “Koronavirus reallıqdır. Pandemiyanın hələ birinci ilidir. Qəbul etsək də, etməsək də, marafon uzundur”.

Ramid İbrahimov

Bakivaxti.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026