• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Aclığa və yoxsulluğa qarşı alyans yaradılır

DÜNYA

25 Iyul 2024 | 21:14 | Müəllif: Subhan Mahmudov

Aclığa və yoxsulluğa qarşı alyans yaradılır

Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyans yaradılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

Prezident bu təşəbbüsün dünyada aclığa son qoymaq məqsədi daşıdığını bildirib.

“Ofisləri Roma və Braziliya şəhərlərində yerləşəcək Alyans Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) katibliyi tərəfindən idarə olunacaq. Onun strukturu kiçik, səmərəli və müvəqqəti olmaqla ixtisaslaşmış kadrlardan formalaşacaq. Xərclərin yarısını Braziliya tərəfi ödəyəcək”, - deyə prezident qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026