"Azərbaycan Dəmir Yolları" QSC (ADY) növbəti “Təhlükəsizlik həftəsi”nə start verib.
Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, kampaniya 22-28 iyul tarixlərini əhatə edəcək.
Kampaniya çərçivəsində dəmir yolları ətrafında yerləşən ərazilərdə yaşayan sakinlərin təhlükəsizlik qaydalarından xəbərdar olması və bu qaydalara əməl etməsi üçün profilaktik söhbətlər aparılacaq.
Bundan başqa, sərnişinlərin dəmir yolundan istifadə zamanı təhlükəsizliyə riayət etmələri üçün ənənəvi və sosial mediada, qatarlarda, vağzal və stansiyalarda intensiv maarifləndirilmə tədbirləri keçiriləcək.




jpg-1724236390.webp)











