“İstənilən layihəyə hər kəs özünün münasibətini ifadə edə, səs verə bilməyə bilər. Lakin bu fonda quruculuğa kölgə salmaq olmaz”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat Fəzail Ağamalı həmkarının qanun layihəsinə etiraz etməsini düzgün qarşılamayıb: "Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə təqdim olunub. Əgər Razi Nurullayev ətraflı məlumat almaq istəyirsə, bunun üçün imkan var. Ölkədə su təchizatı və kanalizasiya ilə bağlı aparılan işlərdə neqativ məqamlar ola bilər lakin görülən işlərə kölgə salmaq olmaz. Hansısa məqsədlə bu cür çıxışları qəbul etmirəm".
Qeyd edək ki, Razi Nurullayev sözgüedən layihənin icrası zamanı məlumatlandırılma üçün yetərli mənbələrim olmamasını bildirib, qanun layihəsinə etiraz edib.
Sözügedən layihə birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
















