“İncə səhər” verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramın qonağı olan meyxanaçı Ağamirzə Məmmədov kədərlənib.
Belə ki, verilişin aparıcısı Vüsalə Əlizadə ona mərhum meyxanaçı Ağasəlim Çıldağın əlyazmaları olan dəftəri verib. Bundan təsirlənən Ağamirzə bu sözləri deyib:
“Bu dəftər sizdə haradandır? (kövrəlir) Bu meyxananı mən məktəbə gedəndə, 5-6-da oxuyanda yazmışdı. Allah ustadımıza rəhmət eləsin. Siz məni bilirsiniz hara apardınız? O günlərə qayıtdım. Heç nə danışdığımı bilmirəm.
Ziyafət Əlisoy
















