Ağcabədidə mink avtomobili, Kürdəmirdə isə yük maşını yanıb.
Bakıvaxtı.az bu barədə FHN-nin sayrına istinadla xəbər verir.
Məlumata görə, Ağcabədi rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Kürdəmir rayonunun Qarabucaq kəndində isə “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri və qoşqusuna yığılan 10 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















