• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağcabədidə brakonyer barəsində protokol məhkəməyə göndərildi

HADİSƏ

10 Oktyabr 2024 | 09:05 | Müəllif: Qalib İbrahimoğlu

Ağcabədidə brakonyer barəsində protokol məhkəməyə göndərildi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026