Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəldə dəfələrlə məhkum olunmuş, narkotik vasitələrin satışı ilə məşğul olan Səbuhi Mamedov saxlanılıb.
Narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
Dindirilmə zamanı Səbuhi Mamedov maddi qazanc məqsədilə bu işi gördüyünü bildirib.
















