• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağdamda traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

16 Dekabr 2021 | 14:14 | Müəllif: Qalib İbrahimoğlu

Ağdamda traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdamda traktorun minaya düşməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***

12:56

Ağdamda yol çəkən texnika minaya düşüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. KON markalı traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Hadisə yerinə ANAMA- nın əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026