• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ağdaşda ağır qəza - ölən var

HADİSƏ

19 Avqust 2024 | 17:10

Ağdaşda ağır qəza - ölən var

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü km-də rayonun Qaraqan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü 2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlu Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub.

Daha sonra o avtomobil ilə yol kənarındakı su kanalına düşüb.

Sürücü və piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan"Report"yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi “KIA” markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR