• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ağdaşın yeni icra başçısı KİMDİR - DOSYE

CƏMİYYƏT

01 Noyabr 2024 | 16:46 | Müəllif: Qalib İbrahimoğlu

Ağdaşın yeni icra başçısı KİMDİR - DOSYE

Xəbər verdiyimiz kimi, Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bakıvaxtı.az Orxan Hüseynzadənin dosyesini təqdim edir:

O.Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

2018-ci ildən bu təyinatadək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026