“Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi tanınır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, ölkənin suverenliyi tam bərpa olundu.
Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası uğurla davam edir: “Ağdərə rayonunun yaradılması haqqında qanun layihəsi ədaləti əks etdirir. 2023-cü ilin sentyabrında aparılan anti-terror əməliyyatları nəticəsində Ağdərə azad edilib. Ağdərə sözü ərazidəki Ağ dərə ilə əlaqələndirilib. Kiçik, bəyaz, çox böyük olmayan, iki dağ arasında dərə mənasını ifadə edir ”.
"Ağdərə ilə bağlı əlimizdə çoxlu tarixi materiallar var" deyən S.Novruzovun sözlərinə görə, materiallardan da görünür ki, Ağdərə Azərbaycan ərazisidir və orada azərbaycanlılar yaşayıb.
Aytac Aslan















