• Bakı 18° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Ağırlıq qaldırmaq uzunömürlülüyə yol açır?

CƏMİYYƏT

29 Sentyabr 2022 | 15:20

Ağırlıq qaldırmaq uzunömürlülüyə yol açır?

Ağırlıq qaldırmaq kimi əzələləri gücləndirən fəaliyyətlər yaşlı insanlar üçün həftəlik idmanın bir hissəsi olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırmada bu qənaətə gəlinib.

Araşdırmada həm aerobik, həm də əzələ məşqləri edənlərin daha uzun yaşadığı müəyyən edilib. Bunun üçün isə idman zalına getməyə ehtiyac yoxdur. Ağır alış-veriş çantaları daşımaq, bağ işləri ilə məşğul olmaq, pilates kimi fəaliyyətlər də bura aiddir.

İngiltərədə Milli Sağlamlıq Xidməti (NHS) 65 yaşdan yuxarı insanlara həftədə ən azı iki gün fiziki işlə məşğul olmağı, gücü, tarazlığı və elastikliyi artırmaq üçün məşqlər etməyi tövsiyə edir. Xidmət həmçinin həftədə ən azı 150 dəqiqə, aktiv həyat tərziniz varsa, həftədə 75 dəqiqə güclü intensivlikdə məşq etməyi məsləhət görür.

Tədqiqatçılar müəyyən ediblər ki, həftədə tövsiyə edilən 150 dəqiqə idman edənlər daha çox yaşayır. Tədqiqat həmçinin qadınların kişilərdən daha çox ağırlıq qaldırma məşqlərindən faydalandığını qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

08 May 2024