• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağız və boğaz quruluğu Omikron əlaməti ola bilər

CƏMİYYƏT

31 Yanvar 2022 | 22:50 | Müəllif: Subhan Mahmudov

Ağız və boğaz quruluğu Omikron əlaməti ola bilər

"COVID-19 pandemiyası bir çoxumuzda, xüsusən də uşaqlarda ağız və diş sağlamlığı problemlərinin artmasına səbəb olur", - deyə uzaman həkim Nurgül Dəmir bildirib.

Mütəxəssis qeyd edib ki, ağız gigiyenası zəif olanların COVID-19-a yoluxma ehtimalı daha yüksəkdir. Bəzən simptomsuz görülən koronavirus ağızdaxili yoluxmadan da ola bilir.

Bakıvaxtı.az xəbər veri ki, ekspertin fikrincə bu şəkildə davam edərsə, önümüzdəki illərdə uşaq xəstələrində viral infeksiyaların yaratdığı birbaşa və dolayı faktorlarla erkən diş çürümələri nisbətləri arta bilər.

N.Dəmir koronavirusun ağız toxumalarına mənfi təsir etdiyini göstərən əlamətlərə də diqqət çəkib.

O, qeyd edib ki, bu, ilk növbədə dildə qırmızı görünən və kəskin dadlara daha həssas olan bölgələrdə dəyişikliklərdən tutmuş, dad itkisi və ağız quruluğu əlamətləri ilə görülə bilər. /medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026