• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağsu sakini “Kalaşnikov”la tutuldu  - FOTO

HADİSƏ

17 Fevral 2022 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

Ağsu sakini “Kalaşnikov”la tutuldu - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb.

Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124
qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ağsu sakini “Kalaşnikov”la tutuldu - FOTOAğsu sakini “Kalaşnikov”la tutuldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026