• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağsuda yas mərasimi keçirənlər cərimələndi

CƏMİYYƏT

30 Aprel 2021 | 17:40

Ağsuda yas mərasimi keçirənlər cərimələndi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində rayonun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026