• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Aİ Albaniya ilə ilk fəsillər toplusunu açıb

DÜNYA

15 Oktyabr 2024 | 14:55 | Müəllif: Əli Hüseynov

Aİ Albaniya ilə ilk fəsillər toplusunu açıb

Avropa İttifaqı (Aİ) Albaniya ilə üzvlük danışıqları çərçivəsində ilk fəsillərin açılışını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Lüksemburqda Aİ və Albaniya arasında 2-ci üzvlük konfransı keçirilib.

Konfransdan sonra Macarıstanın Aİ-nin müvəqqəti prezidenti olan xarici işlər və ticarət naziri Peter Szijjarto, AB Komissiyasının qonşuluq və genişlənmə üzrə məsul üzvü Oliver Varhelyi və Albaniyanın Baş naziri Edi Rama birgə mətbuat konfransı keçiriblər.

Albaniya ilə fundamental hüquqlar və məhkəmə sistemi ilə bağlı “Əsas dəyərlər” adlı fəslin açıldığını bildirən Szijarto qeyd edib:

“Albaniya ilə ilk danışıqlar paketini açdığımızı və Albaniyanın Avropa Birliyinə üzv olmasını təmin etmək üçün üzvlük danışıqlarına başlanıldığını nəzərə alaraq demək olar ki, hər şey mümkün qədər tez baş tutacaq".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026