• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Aİ Ermənistana dəstəyi heç də sülhə zəmin yaratmaq üçün vermir - AÇIQLAMA

SİYASƏT

16 Iyul 2025 | 13:44

Aİ Ermənistana dəstəyi heç də sülhə zəmin yaratmaq üçün vermir - AÇIQLAMA

Məlum olduğu kimi Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçirilib.

Məlumata görə, Brüssel İrəvana təhlükəsizlik sahəsində təhdidlərə, o cümlədən informasiya manipulyasiyalarına, xarici müdaxilələrə və kiberhücumlara qarşı mübarizə üçün Aİ alətlərindən istifadə etməyi təklif edib. Ermənistanın informasiya ekosisteminin dəstəklənməsi çərçivəsində Avropa İttifaqı, həmçinin müstəqil KİV-lərin gücləndirilməsi üçün 1,5 milyon avro məbləğində yeni yardım paketi elan edib. Aİ rəhbərliyi, həmçinin Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısının alınması istiqamətində əməkdaşlıq və səylərə görə İrəvana minnətdarlığını bildirib. Brüsseldən sonra Nikol Paşinyan Fransaya səfər edib. Paşinyan fransalı həmkarı Emmanuel Makronla görüşüb və müzakirələr aparıb. Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan Baş nazirinin Brüssel səfərinin məqsədi Avropa İttifaqına daha sıx yaxınlaşmaq üçün olmaqla bərabər eyni zamanda Avropanın da maraqlarının təmini üçündür.

Ekspert vurğulayıb ki, Avropa regionda Ermənistanın timsalında demokratik dəyərlər nümunəsi obrazı yaratmaq istəyir:

"Doğrudur, burada Rusiya məsələsi də var. Rusiyanın Ermənistana təzyiqləri qarşısında Avropa İrəvanı özünə tərəf çəkir. Mümkündür ki, Rusiyaya qarşı Ermənistana xüsusi layihələr təqdim olunsun. Avropa İttifaqı Ermənistana dəstəyi heç də sülhə zəmin yaratmaq üçün vermir. Şübhəsiz ki, məqsəd öz maraqları naminə Ermənistanı Rusiya təsirindən çıxarıb özü üçün istifadə etməkdir. Bunun üçün də Ermənistana guya regionda "ən demokratik dövlət" donu geyindirmək istəyirlər”.

Tural İrfan: Avropa regionda Ermənistanın timsalında demokratik dəyərlər nümunəsi obrazı yaratmaq istəyir

Müsahibimiz hesab edir ki, Ermənistanın Rusiyadan ayrılması və Kremlin təsirindən çıxması müsbət qarşılansa da, eyni zamanda Avropanın Fransa kimi anti-türk dövlətlərinin təsirinə düşməsi mənfi haldır:

“Ermənistan bununla bağlı ehtiyatlı davranmalıdır ki, Türkiyə və Azərbaycan ilə bərpa olunmaqda olan münasibətlərə xələl gətirmiş olmasın. Yəni qaş düzəldərkən göz çıxarmaq işin ziyanınadır".

Aydın Baxış


SON XƏBƏRLƏR