• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Aİ Lukaşenkonun Abxaziyaya səfərini pisləyir

DÜNYA

29 Sentyabr 2022 | 19:21

Aİ Lukaşenkonun Abxaziyaya səfərini pisləyir

Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkonun sentyabrın 28- də  Abxaziyaya səfərini və onun bu qismən tanınan ölkənin prezidenti Aslan Bjaniya ilə görüşməsini pisləyir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının spikeri Piter Stano deyib.

“Lukaşenkonun dövlət başçısı kimi fəaliyyət göstərməyə heç bir legitimliyi olmadığından əlavə, bu səfər Abxaziya regionunda yeganə legitim hakimiyyət olan Gürcüstan hakimiyyətinin razılığı olmadan həyata keçirilib. Bu səfər Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - Stano bildirib.

Eyni zamanda, Belarus Abxaziyanın müstəqilliyini tanımır, onu rəsmi olaraq Gürcüstanın bir hissəsi hesab edir.(unikal)


SON XƏBƏRLƏR