• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Aİ-nin altıncı sanksiyalar paketində neftlə bağlı qadağalar da olacaq

DÜNYA

17 Aprel 2022 | 14:35

Aİ-nin altıncı sanksiyalar paketində neftlə bağlı qadağalar da olacaq

Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketində Moskvadan neft almağı məhdudlaşdıran müddəlar da var.

Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O, bunu söyləyən zaman Almaniyanın “Zeit” nəşrində dərc olunan məqaləyə istinad edib.

“Avropa İttifaqı neftin növbəti sanksiyalar paketinə daxil edilməsi mexanizmlərini nəzərdən keçirir, həmçinin bank sektoru, xüsusilə “Sberbank” və Rusiyanın enerji sektoru ilə bağlı məhdudiyyətləri planlaşdırır”, - A.Yermak bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan neft alışını tədricən məhdudlaşdırmaq niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026