• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ Rusiya neftinə embarqo barədə razılığa gəldi

İQTİSADİYYAT

31 May 2022 | 09:38

Aİ Rusiya neftinə embarqo barədə razılığa gəldi

Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlayıb.

Onun sözlərinə görə, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək: “İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.

Bununla yanaşı, sözügedən altıncı paketə Rusiyanın “Sberbank” bankının “SWIFT”dən ayrılması da daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026