• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ Ukraynaya 1 milyard  avro ayırdı

DÜNYA

25 Oktyabr 2022 | 13:40

Aİ Ukraynaya 1 milyard avro ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturunun bərpası üçün bir milyard avro təcili yardım ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın bərpası ilə bağlı Berlində keçirilən beynəlxalq ekspertlərin konfransından sonra mətbuat brifinqində deyib.

"Rusiya mülki infrastrukturu hədəf alır, xüsusilə enerji infrastrukturunu. Hazırda biz bu infrastrukturu bərpa etmək üçün bir milyard avro humanitar yardım ayıraraq Ukrayna ilə birlikdə işləyirik. Biz Ukraynaya 400 elektrik generatoru vermişik və bu hamısı deyil", Avropa Komissiyasının prezidenti deyib. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026