• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırdı

DÜNYA

27 Iyun 2024 | 16:36

Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırdı

Ukrayna “Ukraine Facility” proqramı üzrə Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, - məlumatda bildirilib.

Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.

Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri 2024-2027-ci illər üçün “Ukraine Facility” fondu çərçivəsində Kiyevə 50 milyard avro vəsaitin ayrılmasını təsdiqləyiblər.


SON XƏBƏRLƏR

29 Iyun 2024