• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

AKTA qlobal kibertəhlükəsizlik mükafatının qalibi seçildi

CƏMİYYƏT

01 Noyabr 2024 | 17:18 | Müəllif: Qalib İbrahimoğlu

AKTA qlobal kibertəhlükəsizlik mükafatının qalibi seçildi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən "Kiber yay məktəbi" ("Cyber Summer School") layihəsi OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024" ("OIC-CERT Global Cybersecurity Award 2024") qalibi seçilib.

Bakıvaxtı.az xəbər verir ki, layihə “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında təqdim edilən mükafata layiq görülüb.

"OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024" İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT komandalarının birliyi olan OIC-CERT təşkilatı tərəfindən kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi məqsədilə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, AKTA 2023-cü ildən etibarən həm də OIC-CERT təşkilatının üzvüdür.

"OIC CERT Qlobal Kibertəhlükəsizlik Mükafatının" qalibi dünyanın müxtəlif ölkələrindən təqdim edilmiş kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə töhfə verən innovativ kibertəhlükəsizlik layihələrinin sırasından seçilir. Mükafatın əldə edilməsi üçün müsabiqədə müxtəlif ölkələrdən olan dövlət qurumları, beynəlxalq və regional təşkilatlar, özəl sektor subyektləri, habelə vətəndaş cəmiyyəti və akademik institutlar iştirak edir.

Bu il müsabiqəyə təqdim edilən layihələr "konsept və dizayn", "ekosistemin inkişafına etdiyi müsbət təsirlər",  "cəmiyyət və ekosistem üçün dəyər" və "icra effektivliyi" meyarları üzrə qiymətləndirilib.

Mükafata layiq görülən "Kiber yay məktəbi" ("Cyber Summer School") 2021-ci ildən etibarən icra edilir. Layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.


AKTA qlobal kibertəhlükəsizlik mükafatının qalibi seçildiAKTA qlobal kibertəhlükəsizlik mükafatının qalibi seçildiAKTA qlobal kibertəhlükəsizlik mükafatının qalibi seçildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026