• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Alkoqollu içkilərlə bağlı yeni standart

CƏMİYYƏT

14 Dekabr 2021 | 15:48 | Müəllif: Qalib İbrahimoğlu

Alkoqollu içkilərlə bağlı yeni standart

Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.” dövlət standartı qəbul olunub. Tünd alkoqollu içkilər sahəsi üzrə keyfiyyət tələblərinimüəyyən edən standart beynəlxalq normalar və qaydalara, elm və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanıb.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, standart layihəsi “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Araq və xüsusi araqlara şamil olunan yeni standart məhsulun keyfiyyəti ilə yanaşı, rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə də müsbət təsir göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR