• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yanvarın 15-də maqnit qasırğası gözlənilir

CƏMİYYƏT

13 Yanvar 2022 | 14:49 | Müəllif: Qalib İbrahimoğlu

Yanvarın 15-də maqnit qasırğası gözlənilir

Yanvarın 13-15-də Günəş fəallığının çox aşağı səviyyədə olacağı və C sinif alışmaların baş verəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, 13-14 yanvar tarixlərində Günəş küləyi parametrlərinin fon səviyyəsində olacağı gözlənilir.

Yanvarın 15-də mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliklərindən çıxan yüksək sürətli axınlar) Yerə doğru yönələcəyindən Günəş küləyi parametrlərində artma gözlənilir.

Qeyd olunub ki, 13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir.

Yanvarın 15-də günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar olaraq, G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026