• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Arıqlamaq üçün YENİ ÜSUL

CƏMİYYƏT

12 Fevral 2022 | 11:53 | Müəllif: Qalib İbrahimoğlu

Arıqlamaq üçün YENİ ÜSUL

Çikaqo Universitetinin rəhbərliyi arıqlamaq üün yeni üsul tapıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, alimlər apardıqları araşdırmalarlla adi vaxtdan bir saat tez yatmağın yemək ehtiyacını azaltdığını, erkən yatmağın arıqlamağa çalışanlar üçün effektiv pəhrizdə əhəmiyyətli olduğunu ortaya qoyublar. Araşdırmalar göstərib ki, həmişəkindən bir saat tez yatmaq 270 kalori dəyərində daha üç peçenye yeməyə mane olur.

Məlumdur ki, tez yatmaq gecə gec yemək vərdişinin qarşısını alır. Digər tərəfdən, insanlar yorğun olduqda daha çox yemək istəyirlər. Yaxşı istirahət edən adamın ertəsi gün daha az kaloriyə ehtiyacı var.

Təcrübəyə qatılan artıq çəkili 80 iştirakçı normaldan 1-1,5 saat çox və ya orta hesabla 8 saat yatıb. İştirakçılara sağlam yuxuya mane olacaq smartfondan istifadə kimi vərdişlərini dəyişmək üçün yuxu təlimi də verilib. Nəticədə onların qida qəbulunda norma ilə müqayisədə xeyli azalma müşahidə olunub.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026