• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Allahşükür Paşazadə Vatikana səfər edəcək

CƏMİYYƏT

07 Fevral 2026 | 11:48 | Müəllif: Zeynəb Rzayeva

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Bu barədə Bakıvaxtı.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

    Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

    Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2026