• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Alman avtomobillərinin ABŞ-a girişi qadağan edildi

DÜNYA

19 Fevral 2024 | 12:33

Alman avtomobillərinin ABŞ-a girişi qadağan edildi

ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid minlərlə avtomobili ələ keçirərək ölkəyə buraxmayıblar.

Bakıvaxtı.az "TRT Haber"e istinadən xəbər verir ki, buna səbəb avtomobillərin bir hissəsinin Uyğur Muxtar Vilayətində istehsal olunmasıdır.

Ölkəyə buraxılmayan avtomobillər arasında yüzlərlə Audi, Porsche və Bentley markalı avtomobillər var. Bütün bu lüks avtomobil markaları "Volkswagen" çətiri altında istehsal olunur. Avtomobillərin ehtiyat hissələrinin məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.

Məsələ ilə bağlı qəzetə danışan mənbələr "Volkswagen"in hadisə səbəbindən planlaşdırılan tədarükləri təxirə saldığını və sözügedən hissənin bütün avtomobillərdə dəyişdirilməsi üçün çalışdığını bildirib. Qəzetin yazdığına görə, bir çox avtomobillərdə ehtiyat hissələri dəyişdiriləcəyi üçün proses martın sonuna qədər uzana bilər.

Xatırladaq ki, 2021-ci ildə ABŞ-da qəbul edilən Uyğur Məcburi Əməyin qarşısının alınması Aktı ilə Sincandan idxalın dayandırılması nəzərdə tutulurdu.

Mövzu ilə bağlı "Volkswagen" tərəfindən verilən açıqlamada "İnsan hüquqları ilə bağlı risklər və mümkün pozuntularla bağlı məlumat aldığımız zaman bunun həllini tapması üçün dərhal hərəkətə keçirik.Təchizatçılarımızla mövzuyla əlaqədar araşdırma başlatdıq".

Sincan bölgəsinin paytaxtı Urumçidə fabriki olan “Volkswagen”in adı daha əvvəl də bölgədə məcburi əmək iddiaları ilə yanaşı hallanırdı.

ABŞ-ın "Volkswagen" avtomobillərinin ölkəyə girişinə qadağası alman avtomobil istehsalçısının ABŞ-dakı mövcudluğunu artırmaq istəyi ilə Çində azalan satışları balanslaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR