• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Almaniyada ərzaq böhranı başlayır?

İQTİSADİYYAT

04 Aprel 2022 | 19:40 | Müəllif: Subhan Mahmudov

Almaniyada ərzaq böhranı başlayır?

Almaniya hökuməti yanında iqtisadi inkişaf üzrə ekspert şurasının üzvü Veronika Qrimm “İzvestiya” qəzetinə müsahibəsində ölkəsinin enerji böhranı nəticəsində üzləşdiyi vəziyyətdən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyada artıq ərzaq böhranı başlayıb. İqtisadçı vurğulayıb ki, qazın qiymətinin qalxması fonunda gübrələrin də qiyməti artıb, nəticədə qıtlıq yaranıb.

Qrimm digər amil kimi Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracının gözlənilən çatışmazlığını səsləndirib:

“Sənayesi inkişaf etmiş ölkələr üçün bu, ərzaq qiymətlərinin artması deməkdir, inkişaf etməkdə olan ölkələr üçün isə o, aclığa səbəb ola bilər”.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş demişdi ki, Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranına səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026