• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

ANAMA Tailand nümayəndələri ilə görüş keçirib

CƏMİYYƏT

22 Avqust 2024 | 12:50 | Müəllif: Əli Hüseynov

ANAMA Tailand nümayəndələri ilə görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti mina təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Cənub-Şərqi Asiyada işgüzar səfərdədir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru general-leytenant Nattavut Sabyeroop ilə görüşü təşkil edilib.

Görüşün məqsədi humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə müzakirələrin aparılmasından ibarət olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026