• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

05 May 2025 | 10:20

Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 16-da Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-nin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 5 - 7 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026