Meyxanaçı Rüfət Nasosnu ad çəkmədən Anar Vəziroğluna söz atıb.
Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı Vəziroğlunun bəyənmədiyi “Ana” şeirindən danışıb.
O, şeirin bir aya bir milyondan çox baxış yığdığını və çox bəyənildiyini bildirib:
“Bir nəfər var burada, adını çəkmirəm. Dedi ee, “sənin şeirin bir şey deyil”. O şeir bir aya bir milyon baxış yığıb”.
Qeyd edək ki, Anar Vəziroğlu bir neçə həftə öncə meyxanaçı Rüfət Nasosnu ilə qalmaqal yaşayıb. Belə ki, “Elgizlə izlə” verilişində qonaq olan Rüfət şeir səsləndirib, şeirsə Vəziroğlunun xoşuna gəlməyib və meyxanaçını tənqid edib.
Ziyafət Əlisoy
















