• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Anbarda partlayış - Xeyli sayda ölü var

DÜNYA

04 Oktyabr 2022 | 10:18

Anbarda partlayış - Xeyli sayda ölü var

Qazaxıstanın şimalında yerləşən Kostanay şəhərində silah anbarında dövriyyə qaydalarının pozulması səbəbindən barıt anbarı partlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, ümumilikdə 11 nəfər yaralanıb. 

"İstintaq müəyyən edib ki, hadisə baş verən ərəfədə mağazanın rəhbəri barıt satmağa icazə alaraq, sonradan qablaşdırılıb satış üçün Qaraqanda vilayətində "Sokol" markalı 40 kiloqram barıt alıb. Bu barıt təhlükəli yüklərin daşınması qaydalarını pozaraq 36 dərəcə hava istiliyində Kostanaya aparılıb və partlayış baş verən mağazanın zirzəmisində anbara yerləşdirilib", - Qazaxıstan Prokurorluğundan bildirilib.

Partlayış nəticəsində binada başlayan yanğın qonşu ticarət obyektlərinə və fərdi yaşayış evlərinə qismən təsir edib. Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026