• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ancaq "TikTok"da soyunan müğənniləri efirə çıxarırlar - Məşhur reper

ŞOU

14 Oktyabr 2024 | 14:33 | Müəllif: Qalib İbrahimoğlu

Ancaq "TikTok"da soyunan müğənniləri efirə çıxarırlar - Məşhur reper

"İnsanların başını gic-gic mahnılarla doldurublar, zövqlərini pis günə qoyublar. Ancaq tiktokda soyunan müğənniləri efirə çıxarırlar. Səviyyə yoxdur və insanlar da yalnız onları görür".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Mc Bus" adı ilə tanınan məşhur reper Baba Süleymanlı xəzərnews.az-a müsahibəsində deyib.

O, Azərbaycan musiqisi və repinin hazırkı vəziyyətindən, efirlərdən və həyata keçirdiyi layihələrdən söz açıb.

Müsahibəni təqdim edirik:

- Baba bəy, xoş gördük, necə gedir işlər? Nə yenilik var?

- Çox şükür, hər şey qaydasındadır. Hər zamankı kimi iş, ailə və musiqi ilə məşğuluq.

- Uzun müddətdir sizi daha az görürük, eşidirik. Niyə yoxsunuz?

- Əslində daimi olaraq dayanmadan çalışıram. Yeni proyektlər və kliplər var, lakin əvvəlki kimi ciddi vaxt ayıra bilmirəm və yaxşı işlər ciddi vaxt tələb edir, amma tezliklə yenidən böyük bir geri dönüş etməyi düşünürəm, inşallah.

- Asap gold-la yeni layhiyəyə başlamısınız. Birdən qərar verdiniz ki, özünüzü verilişdə də sınamalısınız, ya necə? Belə bir fikir hansı zərurətdən doğdu? Sizcə, uğurlu olacaqmı?

- Bəli, Elvinlə (Asap_Gold) BUSSAP adlı yeni lahiyəyə başlamışıq. Sevdiyimiz, yaxınlarımız, dostlarımız və incəsənətlə məşğul olan insanları çağırıb onlarla söhbət edib müzakirələr aparırıq. Məqsədimiz insanların sənətçiləri daha yaxından tanımasıdır. Düşünürəm ki, uğurlu olacaq.

- Azərbaycan musiqisinin hazırkı vəziyyəti sizi qane edirmi?

- Hazırda təbii ki, xeyr. Ortada bu qədər istedadlı gənclər varkən, insanlar Nəfəsə, Vəfa Şərifovaya, Arzu Xanıma, Elnur Əmrahova qulaq asır. Youtube trendlərinə girirsən, elə bil avtovağzala girirsən. Hamsı eyni notlar, eyni tonlar, eyni mənasız mahnılar...

- Nəyə görə Azərbaycan repi türk (dünya) repindən bu qədər geri qalır?

- Elə bayaq dediyim kimi... Çünki insanların başını gic-gic mahnılarla doldurublar və zövqlərini pis günə qoyublar. Ancaq tiktokda soyunan müğənniləri ekrana çıxarırlar. Səviyyə yoxdur və insanlar da yalnız onları görür, amma müsbət tərəfdən baxsaq sırf öz ölkəmizə görə rap dinləyiciləri də az deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026