• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ankara Paris və Berlindən fərqli mövqe tutur

DÜNYA

24 Oktyabr 2022 | 15:15

Ankara Paris və Berlindən fərqli mövqe tutur

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla tez-tez təmasları Ankaranın vasitəçilik səylərini davam etdirmək istəyi və iki ölkə arasında geniş ticarət-iqtisadi əlaqələri ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ankara Paris və Berlinin tutduğu mövqedən fərqli mövqe tutur. Ankara vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir, bilirik ki, Prezident Putin Türkiyənin bu vasitəçilik səylərini dəfələrlə yüksək qiymətləndirib. Bundan əlavə, bizim Türkiyə ilə çox geniş ticarət-iqtisadi əlaqələrimiz var. Müxtəlif iri layihələr həyata keçirilir və bütün bunlar təbii olaraq dövlət başçılarının bir-biri ilə tez-tez ünsiyyət qurması üçün səbəbdir”, - deyə Kremlin sözçüsü vurğulayıb. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026