• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTO

SİYASƏT

05 May 2022 | 16:24

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTO

Ankarada yerləşən Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, şairin 130 illiyinə həsr olunmuş anım mərasimi də keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Etiməsqut Bələdiyyəsi və Türk Tarix Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından, xalqlarımızın qardaşlığından danışıb, Əhməd Cavadın yaradıcılığında əsas yer tutan türkçülük ideyaları, şairin faciəvi həyatı barədə ətraflı məlumat verib.

Çıxışların ardından Əhməd Cavadın həyatına dair sənədli film nümayiş etdirilib, Ankara Universitetində təhsil alan azərbaycanlı tələbə Elmira Qoca şairin “Türk övladıyam” şeirini səsləndirib.


Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTOAnkarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTOAnkarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTOAnkarada Əhməd Cavadın heykəlinin açılışı olub - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026