• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aqil Abbas: "Allaha şükür ki, lağ elədiyimiz başımıza gəlib"

GÜNDƏM

11 Iyun 2021 | 13:58

Aqil Abbas: "Allaha şükür ki, lağ elədiyimiz başımıza gəlib"

“Çıxış edən deputatlar layihə barədə kəskin çıxışlar edir və sonra da deyir ki, çox mütərəqqi layihədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Biz sovet vaxtı oxuyanda universitetdə bizə keçirdilər ki, pensiya ilk dəfə İngiltərədə tətbiq olunub. Həmin pensiya 65 yaşında verilib və ölü pensiyası adlandırılıb. Allaha şükür ki, lağ elədiyimiz başımıza gəlib. Mən bu layihəyə səs verməyəcəm. Otursunlar işləsinlər də. I Qarabağ müharibəsinin iştirakçıları hələ də veteranlıq ala bilməyib. Nazirlər Kabineti yanında veteranlarla bağlı komissiya yaradılıb. Onların hələ də bir açıqlaması yoxdur. Mütəxəssislər dəvət olunsunlar və layihəyə bir də baxsınlar” - deputat vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu qanun layihəsi III oxunuşda komitədə yenidən müzakirə olunsun:

“Suallara aydınlıq gətirilsin”.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026