• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

İDMAN

21 Avqust 2024 | 09:40

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026