• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatdı - FOTOLAR

CƏMİYYƏT

26 Sentyabr 2023 | 11:32

Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatdı - FOTOLAR

Aşıq Ələsgərin heykəlinin bürüncdən tökülməsi prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bundan sonrakı proses abidənin lazımi yerdə ucaldılmasıdır: "Bunun üçün də Mədəniyyət Nazirliyinə məlumat verilib".

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.


Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatdı - FOTOLARAşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026