• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

XƏBƏRDARLIQ: Yeni virus yayılıb - Bir neçə xəstəliyin birləşməsi...

CƏMİYYƏT

26 Oktyabr 2023 | 11:25 | Müəllif: Qalib İbrahimoğlu

XƏBƏRDARLIQ: Yeni virus yayılıb - Bir neçə xəstəliyin birləşməsi...

Son günlər uşaqlar və böyüklər arasında yüksək hərarət, səs tutulması halları ilə müşahidə olunan xəstəlik yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, həkimlər xəstəliyin evdə müalicə edilə bilməyəcəyini deyirlər. Həmçinin, bu simptomların bir neçə xəstəliyin birləşməsi nəticəsində ortaya çıxdığı bildirilir.

Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar, hər zaman olduğu kimi, virus və digər kəskin respirator xəstəliklərinin artması müşahidə olunur: “Bakterial, xüsusilə də, virus zədələnmələri daha çox müşahidə olunur. Bu infeksiyalar yuxarı tənəffüs yollarında yerləşdiyinə görə, ora yaxın bölgələrdə yerləşən badəmciklər prosesə cəlb ola bilir. Bu zaman boğaz ağrısı, səs tutulması və s. bu kimi şeylər müşahidə oluna bilir. Bu, hər zaman gördüyümüz influenza virusunun törətdiyi xəstəliklərdir”.

Onun sözlərinə görə, bu xəstəliklər bədən hərarətinin yüksəlməsi ilə də müşahidə olunur. Müsahibimiz bildirib ki, çox zaman insanlar ev şərairində qızdırmanı salmaq üçün preparatlardan düzgün istifadə etmirlər: “Bunlar yan təsirlərə səbəb ola bilir. Sözsüz, temperatur yüksəkdirsə, ev şəraitində ilkin müdaxilə üçün preparatlardan istifadə etmək olar. Xəstələrin daha səliqəli şəkildə müayinə olunmaları məqsədəuyğundur. Yüksək temperatur varsa, kəskin respirator xəstəlikləri fonunda aşağı tənəffüs yollarının zədələnməsi də müşahidə oluna bilər. Yəni pnevmoniya da ola bilər”.

Həbib Sahratov: Yüksək hərarəti olan xəstələrin ev şəraitində müalicəsi doğru deyil

Həkim qeyd edib ki, xəstə yüksək hərarətlə yanaşı, həm də öskürürsə, roentgen, ağciyər müayinəsindən də keçməlidir: “Əgər ağciyər zədələnməsi müşahidə olunursa, daha ciddi və aqressiv müdaxiləyə ehtiyac olur. Ona görə də, yüksək hərarəti olan xəstələrin ev şəraitində müalicəsi doğru deyil. Bəzən görürük ki, ev şəraitində müəyyən dərmanlarla bir neçə gün hərarəti salırlar, daha da ağırlaşmış formada həkimə gəlirlər”.

Simptomların bir neçə xəstəliyin birləşməsi olması barədə iddialara gəlincə, H.Sahratov hesab edir ki, bu ola bilər: “Qeyd etdiyim kimi, əgər yuxarı tənəffüs yollarında hər hansı infeksiya varsa, qonşu orqanlarlarda tonzillit, bronxit pnevmoniya və s. bunlar hamısı birlikdə görünə bilər. Bunları aşkarlamaq üçün həkim müayinəsindən keçmək məqsədəuyğundur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026