• Bakı 25° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Asteroidin Ayla toqquşma riski artıb 

CƏMİYYƏT

10 Iyun 2025 | 15:00

Asteroidin Ayla toqquşma riski artıb 

NASA alimləri şərti olaraq "2024 YR4" adlandırılan asteroidi əvvəl Yer planetinə təhdid sayırdılarsa, son hesablamalara görə, indi onun Yerin təbii peyki olan Ayla toqquşması riski əhəmiyyətli artıb. Gözlənilən tarix - 22 dekabr 2032-ci ildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

NASA-nın Cemyz Uebb Kosmik Teleskopundan asteroidin orbiti ilə bağlı aparılan müşahidələr və hərəkət trayektoriyası ilə bağlı hesablamalara əsasən, Ayla toqquşma ehtimalı 3,8 faizdən 4,3 faizə yüksəlib.

NASA alimləri əmin edir ki, asteroid Yer planetinə 2032-ci ilə qədər və ya ondan sonra heç bir ciddi risk yaratmayacaq.


SON XƏBƏRLƏR

10 Iyun 2025