• Bakı 16° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi

İDMAN

02 Iyun 2026 | 16:40

Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi

Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb. 

O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib. 

Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər.


SON XƏBƏRLƏR