• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ATƏT PA-nın nümayəndələri Zəngilandadır

CƏMİYYƏT

23 May 2023 | 13:10

ATƏT PA-nın nümayəndələri Zəngilandadır

Bu gün ATƏT Parlament Assambaleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, onlar, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də "Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar.

Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, “Azərişıq” ASC-nin “Yaşıl Enerji” obyektlərinə baş çəkəcək.

Xatırladaq ki, mayın 22-də Bakıda ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR