• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AVRO-2020: Belçika 1/8 finala yüksəldi

İDMAN

17 Iyun 2021 | 22:23

AVRO-2020: Belçika 1/8 finala yüksəldi

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki. bu gün daha bir qrupda II tura yekun vurulub.

Bir matçı dünən baş tutan B qrupunda Danimarka və Belçika üz-üzə gəlib. Görüş Kopenhagendə baş tutub.

İlk turda uduzan meydan sahibləri 99-cu saniyədə Yussuf Poulsenin qolu ilə hesabda önə keçib. FİFA reytinqinin birincisi olan Belçika yalnız fasilədən sonra oyunda dönüş yarada bilib.

Matça tam hazır olmayan ulduzları Kevin de Breyne, Aksel Vitsel və Eden Azarı da meydana buraxan Roberto Martines bunun bəhrəsini görüb. Kevin öncə Torqan Azara məhsuldar ötürmə verib, ardınca özü komandasını önə çıxarıb.

Bu qələbə Belçikanı 1/8 finala daşıyıb. Martinesin yetirmələri İtaliyadan sonra qrupdan çıxan ikinci komanda olub. Düzdür, nəzəri cəhətdən 6 xala malik belçikalıların ilk iki yerdən birini tutmaması da mümkündür. Lakin qırmızılar ən pis halda qrup üçüncüləri arasında ən yaxşılar kimi 1/8 finala adlayacaq.

Qeyd edək ki, tutun bir gün əvvəl baş tutan matçında Rusiya Finlandiyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026