Avropa İttifaqı "Taliban" hərəkatının müharibədə qalib gəldiyini qəbul edir, humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Əfqanıstanın yeni hakimiyyəti ilə dialoqa başlamağı zəruri hesab edir.
Bakıvaxtı.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel deyib.
"Taliban" müharibəni qazandı, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq".
















