• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropada qazın bahalaşması Azərbaycana necə təsir edəcək?

İQTİSADİYYAT

24 Avqust 2022 | 12:22 | Müəllif: Qalib İbrahimoğlu

Avropada qazın bahalaşması Azərbaycana necə təsir edəcək?

Xəbər verdiyimiz kimi, Avropada qazın qiyməti hər 1 000 kubmetr üçün 2800 dolları keçib.

Bakıvaxtı.az xəbər verir ki, Hollandiyanın "TTF" habında avqust fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 2 861,6 dollara qalxıb. Qeyd edilir ki, qazın qiyməti Avropada 1996-cı ildən bəri ilk dəfə bu qiymətə yüksəlib.

Avropada qazın bahalaşması Azərbaycana necə təsir edəcək? İqtisadçı Asif İbrahimov Bakıvaxtı.az-a bildirib ki, cari və bu ildən öncəki ildə Avropada qazın qiyməti rekord səviyyəyə yüksəlmişdi: “Xüsusilə fevral ayında Rusiya-Ukrayna arasında başlayan məsələ buna təsir etmişdi. Belə ki, həm Rusiyaya tədbiq edilən sanksiya və məhdudiyyətlər, həm də bir çox qaz xətlərinin Ukrayna ərazisindən keçməsi bu kimi məsələlərə təsir etmişdi”.

A.İbrahimov deyib ki, artıq avqust ayının sonudur, tədarük görülməli, qaz anbarları doldurulmalıdır. Onun spzlərinə görə, Avropada bununla bağlı təşvişlər başlayıb: “Xatırlayırsınızsa, Azərbaycan bununla bağlı bir neçə görüş həyata keçirmişdi, Avropa İttifaqının rəhbəri Azərbaycanda işgüzar səfərdə olmuşdu. Görüşdə bu və digər məsələlərlə bağlı tərəfdaşlıq sazişləri imzalanmışdı”.

Ekspert vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı etibarlı qaz tədarükçüsü kimi görür: “Belə ki, Azərbaycanın Avropaya qaz tədarükü etməlidir. Azərbaycan həmin sazişə görə öhtəlik götürmüşdü ki, Avropaya qaz ixracını 2 dəfə artıracaq. Düşünürəm ki, bu dönəm ərzində bizə yeni prioritetlər yaranmışdı. Türkmənistan və Azərbaycan qazının Avropaya satışını təşkil etmək üçün Azərbaycan açar, tranzit ölkə ola bilər. Azərbaycan bu istiqamətdə fürsətdən istifadə etməlidir. Ümumiyyətlə, bütün kriz durumlarda yaranmış vəziyyətdən istifadə etmək olar. Bu həmin vəziyyətdir ki, Azərbaycan dünyada qaz tədarükündə öz payını artıra bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026