• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Avstriyadan Azərbaycana pul köçürmələri 7 %-ə yaxın artıb

İQTİSADİYYAT

24 Mart 2025 | 14:34

Avstriyadan Azərbaycana pul köçürmələri 7 %-ə yaxın artıb

 2024-cü ildə Azərbaycandan Avstriyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 5,7 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 17 % azdır.

Hesabat dövründə Azərbaycandan Avstriyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 1,3 %-dən 1,1 %-ə düşüb.

Ötən il Avstriyadan Azərbaycana isə fiziki şəxslər 15 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.

Bu, əvvəlki ilə nisbətən 6,6 % çoxdur.

İl ərzində Avstriyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 0,8 %-dən 1,4 %-a çatıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib.


SON XƏBƏRLƏR

25 Mart 2025