• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ

11 Mart 2023 | 10:06

Avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 10-u saat 22 radələrində şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Belə ki, Ağcabədi şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşənoğlu Fəqan Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı olan avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra o, həmin avtomobillə yolu piyada keçmək istəyən Axundov Əliş Ələkbər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026